Xəbərlər

2 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ” Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi, Tarix elmləri üzrə fəlsəfə doktoru M.Abbasovun “Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir” mövzusunda elmi seminarı keçirilmişdir.
Elmi seminarda Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru E.Muradlı, Tarix elmləri üzrə fəlsəfə doktoru baş müəllim K.Kərimova, baş müəllimlər Ə.Mirzəzadə, E.İsmayılova, müəllimlər H.Babayeva, R.Sabirli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri E.Muradlı seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb .
Daha sonra Tarix elmləri üzrə fəlsəfə doktoru, baş müəllim M.Abbasov Ulu Öndərin 90-cı illər fəaliyyətindən geniş bəhs edərək , mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli lider Heydər Əliyevin haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırıldığını vurğulayıb. Ulu Öndərin müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər olduğunu söyləyən M.Abbasov, Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağın da onun üçün əziz və doğma olduğunu bildirib. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu Öndərin qətiyyəti sayəsində alındığını, bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının “təşkilatçısıyam” söyləyən ulu öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddialarının iflasa uğradığını tədbir iştirakçılarına söyləyib.
Tədbir sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.