Xəbərlər

26 Fevral 2024- cü il tarixində ADPU-nun Cəlilabad filialında ” Xocalı Soyqırımı”na həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, aparıcı məsləhətçi Azər İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimləri F.Rzayev, F.Mürsəlli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın direktoru dosent X.H.Sultanlı çıxış edərək “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib.
Eyni zamanda Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli, Cəlilabad rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi, S.Nəcəfov da öz çıxışları zamanı erməni vandalizminin illərlə xalqımıza düşmənçilik siyasəti aprmaqlarından bəhs edərək məhz “Xocalı soyqırımı”nın da buna sübut olduğunu vurğulayıblar.
Çıxışlardan sonra bu kədərli günə həsr olunan video-çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin sonunda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri C Ağaverdiyeva , S.Səfərova, L.Süleymanlının şeir ifadələri tədbir iştirakçıları tərəfindən dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.