Xəbərlər

23 aprel 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsi”nin təşkilatçılığı və TGT-nin nəzdində fəaliyyət göstərən “Kitab klubu”nun əməkdaşlığı çərçivəsində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunan “Kitabların izi ilə” adlı tədbir keçirilib.

Tədbirdə Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Tərbiyyə işləri üzrə təşkilatçı A.İbişov, Dil ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi R.Qurbanov, müəllim Ə.Əmənov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə kitab klubunun müavini J.Talıblı “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” barədə ümumi məlumat verib.
Daha sonra filialın müəllim heyəti “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə tələbələri təbrik edərək kitab oxumağın, mütaliə etməyin insan həyatında böyük rol oynadığından bəhs ediblər.
Tədbirin davamında Kitab Klubunun sədri Ş.Məmmədovanın təşkilatçılığı ilə hazırlanan, “Niyə kitab oxumalıyıq?” başlıqlı təqdimat və video-çarx tədbir iştirakçılara nümayiş etdirilib. Tədbir tələbə və müəllimlərin kitab oxumaqla bağlı fikir və müzakirələri ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.