01 May 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialının Elmi Şurasının növbəti iclası keçirilib. İclasda filialın direktoru, dosent X.H.Sultanlı, Elmi Şuranın üzvləri, professor-müəllim heyəti, struktur bölmənin əməkdaşları iştirak ediblər. İlk olaraq iclasda Elmi Şuranın sədri, filialın direktoru,dosent X.H.Sultanlı gündəlikdə olan məsələləri Şura üzvlərinin nəzərinə çatdırıb. Daha sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri D.V.Əliyevanın təqdimatı əsasında filialın professor-müəllim heyətinin 2023-cü ildə fəaliyyətinin Reytinq qiymətləndirilməsinin hesabatı təqdim edilib.
