3 may tarixində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.
Konfransın əvvəlində Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən filialın direktoru Dos. Xudayar Sultanlı bütün gənc tədqiqatçılara uğurlar arzulayıb. Daha sonra Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyeva, Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova və digər münsiflər heyəti çıxış edərək gənc tədqiqatçılara tövsiyələr verib.
Konfransda ədəbiyyat, dilçilik, coğrafiya, tarix, psixologiya, pedaqogika istiqamətlərində araşdırma aparan tələbələrin tezisləri dinlənilərək, müzakirə edilib.
