7 may 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyi”nə həsr olunmuş “Vətənə,xalqa həsr edilən ömür “ adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru dosent X.H.Sultanlı, “Tədbirlərin Təşkili, Tələbələrlə iş şöbəsinin mütəxəssis”ləri N.Babayev, Ş. Hüseynov , “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərov , “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın müəllimi F.Mürsəlli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ümummilli liderin həyatını məhz xalqının xoşbəxt gələcəyinə , qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etdiyini vurğulayıb.
Daha sonra Tədbirlərin Təşkili, Tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev Ulu Öndərin Təhsilə gətirdiyi tövhələrdən və islahatlardan geniş bəhs edib.
Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərov öz çıxışında Müstəqillik dövründə Ümummilli liderin fəaliyyəti barədə tədbir iştirakçılarına dəyərli məlumatlar verib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın müəllimi F.Mürsəlli Ulu Öndərin Neft Strategiyası mövzusunda atdığı uğurlu addımlardan geniş şəkildə bəhs edib.
Məktəbəqədər Təhsil ixtisasının 3-cü tədris ilinin tələbəsi T.Məmmədzadənin çıxışı eyni zamanda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2-ci tədris ilinin tələbəsi S.Səfərovanın Fikrət Qocanın Ulu Öndərə həsr olunan “Vətən oğlu” şeir ifası Konfrans iştirakçıları tərəfindən maraqlı qarşılanıb. Sonda Ümumilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video-çarx tədbir iştirakçıları tərəfindən izlənilib.