4 Oktyabr 2024 – cü il tarixində ADPU-nun Cəlilabad filialında ” Beynəlxaq Müəllimlər günü” nə həsr olunan “Müəllim andı”adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent, X.H.Sultanlı, struktur bölmə rəhbərləri və əməkdaşları , filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, müəllimliyin dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşə olduğunu bildirərək, hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətinin olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, Ş.Namazova müəllimin gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olduğunu vurğulayıb.
Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi Y. Rüstəmov müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanların yetişdiyini vurğulayıb.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbələri R.Feyziyev və A. Muradova öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tələbələrimiz D.Sadıqova, Ə.Abdullazadə rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi olan “Alma – almaya bənzər “filmindən qısa bir fraqmenti səhnələşdiriblər.
Daha sonra TGT-nin nəzdində fəaliyyət göstərən Şən Hazırcavablar Klubunun ideyası əsasında çəkilmiş video-çarxı tədbir iştirakçılarına təqdim olunub.
Tədbirimizin sonunda Şən Hazırcavablar Klubu üzvlərinin, filialımızın dəyərli tələbələrinin hazırladıqları “Məktəbdə bir gün” adlı səhnə həyata keçirilib . Rollarda isə Müəllim – Ş.Dövlətli , Şagirdlər –N. İsmayılov, A.Qurbanov, Ə.Abdullazdə, S.Səfərova, Valideynlər – F. Hüseynov, R.Tağıyev, Ş. Cahangirov, D.Sadıqova çıxış ediblər. Səhnəcikdən sonra tələbələrin müəllimlərə musiqi ifası oxunub.