Xəbərlər

14 iyun 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Milli Qurtuluş günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, filialın professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Ulu Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı iyunun ayının 15-nin xalqımız üçün əsl qurtuluş tarixi olduğunu bildirərək, bu tarixi yaradanın Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli öz çıxışında qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayandığını bildirib.
Tədbirin sonunda tariximizə silinməz izlə yazılan “Milli Qurtuluş günü”nə həsr olunmuş video-çarx iştirakçılar tərəfindən izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.