Xəbərlər

16 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar “Bilik günü” tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A.Rəhimova, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Daha sonra pedaqoji fakültə dekanı M.A.Rəhimova tələbələri təbrik edərək onlara hər zaman müəllimlik sənətini ən ali mərtəbədə tutmağı söyləyib. Filialımızın əməkdar müəllimi İ.Bağırov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev, tələbələrimizin valideynləri A.Nəsirov, F.Əsədov, V.Dadaşov, yeni tədris ilinin tələbələri M.Nəsirli, Z.Əliyeva, Ə.Kərimov öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.