Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsində ADPU Cəlilabad filialının “Tələbə və tədrisin idarə olunması şöbəsi”nin müdiri Eldar Vidadi oğlu Muradlı 08 may 2024-cü il tarixində II yerə laiq görülmüşdür.
Bu münasibətlə Eldar müəllimi kollektivimiz adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Uğurlarınız davamlı olsun Eldar müəllim !
