Xəbərlər

16 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji fakültə dekanlığının təşkilatçılığı ilə I tədris ilinin tələbələri və valideynləri ilə oriyentasiya görüşü keçirilib. Görüşdə dekan M.A.Rəhimova Filialın yaranma tarixi, ixtisaslar, 2024/2025-ci tədris ilində qəbul olunan tələbə statistikası, hər bir tələbənin bilməli olduğu zəruri terminlər barədə ətraflı məlumat verib. Eyni zamanda, M.Rəhimova Filialın elmi potensialı, qarşıya qoyulan hədəflər, təqaüdün təyin edilməsi, təqaüd balları, təhsil haqlarının ödənilmə qaydaları, universitetdən xaric edilmə halları, eləcə də tədris prosesində davranış qaydaları haqqında tələbələri maarifləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.