18 Oktyabr 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə, müəllim R.Sabirli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək, 2024-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa edilməsinin 33 ilinin tamam olduğunu bildirib. Eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu söyləyib.
Daha sonra Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə, müəllim R.Sabirli öz fikirlərini tədbir iştirakçılarına bildiriblər.
İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbələri Ç.Ağalıyeva, L.Həziyeva bu gün münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Tədbirin sonunda “Müstəqilliyin Bərpası Günü” nə həsr olunan video-çarx izlənilib.
