Xəbərlər

31 oktyabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “100 illik ədəbi irs və elmi baxış“ adlı konfrans keçirilib.
Konfransda Filialın direktoru, dosent X.H.Sultanlı, Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, vaxtilə Bəxtiyar müəllimin tələbəsi olmuş filologiya üzrə fəlsəfə doktoru, dosent Y.Dadaşlı, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Ədəbiyyat və İncəsənət” portalının Cənub təmsilçisi, yazıçı-publisist, f.ü.f.d İlqar İsmayılzadə, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi, qabaqcıl təhsil işçisi T.İsgəndərov , Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadə, Filialın tərbiyyə işləri üzrə təşkilatçısı, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi A.İbişov, kafedranın baş müəllimi, 5 kitab müəllifi, tədqiqatçı-alim M. Qasımov, Filialın Elmi katibi N.Babayev, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbinin direktoru, Həməşəra və Nizami Gəncəvi Fəxri diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, 5 kitabın müəllifi, şairə Şəhla Rəvan Mürsəlova,Filialın Kitabxana və Elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, Filialın İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ş.Hüseynov, Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Aydan Ələkbərli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından ,qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasına düşüncə dərinliyi, vətən sevgisi və vətəndaşlıq məsuliyyəti gətirən bir sənətkar olduğunu vurğulayıb.
Yazıçı-publisist, f.ü.f.d İlqar İsmayılzadə, bu gün keçirilən elmi konfransın məqsədinin onun zəngin ədəbi irsini, ideya dünyasını və milli dəyərlər sistemində tutduğu əvəzsiz yerini bir daha işıqlandırmaq olduğunu bildirib.
Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Y.Dadaşlı, kafedranın baş müəllimi, 5 kitab müəllifi, tədqiqatçı-alim M.Qasımov öz çıxışlarında vaxtilə Bəxtiyar Vahabzadənin tələbələri olduğunu vurğulayaraq bununla fəxr etdiklərini bildiriblər.
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbinin direktoru, Ş.Mürsəlova Bəxtiyar Vahabzadənin yaradıcılığının yalnız ədəbiyyat deyil, bir xalqın düşüncə tarixi olduğunu dilə gətirib.
Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi A.İbişov, B.Vahabzadənin təkcə bir müəllim deyil, həm də qəlblərdə iz qoyan dahi insan olduğunu nəzərə çatdırıb.
Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi A.Ələkbərli B. Vahabzadə poeziyasının illərlə tələbələrin dilində, düşüncəsində yaşadığını və yaşayacağını bildirib.
Daha sonra söz tələbələrə təqdim edilib. Filialımızın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədova Aysel, İbtidai sinif müəlllimliyi ixtisasının I tədris ilinin tələbəsi Quliyeva Hilalə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi İmanova Fatimə,
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra, İbtidai sinif müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Məmmədli Gülər çıxış edərək xalq şairi B.Vahabzadəyə məxsus olan şeir ifaları səsləndirib və çıxışlar ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.