7 Mart 2025- ci il tarixində ADPU-nun Cəlilabad filialında “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan ümumfilial tədbiri keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları, fərqli ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə dəyərli xanımları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Daha sonra Universitetin ictimai-siyasi həyatında fəal iştirakına, qüsursuz və səmərəli fəaliyyətinə görə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə filialın bir sıra qadın əməkdaşları və tələbələri Filial rəhbərliyi tərəfindən “Fəxri Fərmanla “ təltif olunub.
