Xəbərlər

19 Yanvar 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “20 Yanvar – Ümumxalq Hüzn Günü” ”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək “20 Yanvar” hadisələrində xalqımızın çəkdiyi zülmlərdən bəhs edərək tarixi faktlara toxunmuşdur.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə 20 Yanvar günü qətlə yetirilən, sürgün olunan və itgin düşmüş vətəndaşlarımız barədə və tarixi günün statistik rəqəmləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir .
Tədbirin sonunda Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbələri A.Məmmədli , G.Məmmədli “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar çıxışlarını edib və şeir ifası səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.