17 Mart 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın Elmi katibi N.Babayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, professor – müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan baş müəllim S.İsmayılova “Konstitusiya və Suverenlik İli”nin Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacağını vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə “Konstitusiya və Suverenlik İli” nin qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin dönməz və əbədi olmasında əvəzsiz rol oynayacağını bildirib.
