ADPU-nun Cəlilabad filialında “Məzun koordinasiya və karyera” bölməsinin təşkilatçılığı ilə Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 2007-ci ildə məzun olmuş Sərhətli Naibə və həmin ixtisas üzrə 2017-ci ildə məzun olmuş Əzizli Günəşin Məktəbəqədər təhsil ixtisasının tələbələri ilə “Məktəbəqədər təhsildə karyera” istiqamətində görüşü keçirilmişdir.
Görüşdə açılış nitqini Məzun koordinasiya və karyera üzrə mütəxəssis Rüfət Sabirli edib.
Daha sonra Pedaqoji fakültənin dekanı Rəhimova Mənzilə çıxış edərək tələbələrə Məktəbəqədər təhsil ixtisasının önəmini vurğulamışdır.
Sonra isə, Günəş Əzizli və Sərhətli Naibə çıxış edərək tələbələrə bu sahədəki karyera imkanları, inkişaf perspektivləri və gələcəkdə qarşılaşa biləcəkləri çətinliklər haqqında ətraflı məlumat vermişlər.
Tədbirin məqsədi tələbələri gələcək peşə seçimləri barədə məlumatlandırmaq, onlara praktik məsləhətlər vermək və bu sahədə uğur qazanmağın yollarını müzakirə etmək olub. Görüş zamanı aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:
– Məktəbəqədər təhsil sahəsində karyera imkanları
– Peşəkar inkişaf və təcrübənin əhəmiyyəti
– İş imkanları və işə qəbul prosesləri
– Bu sahədə müasir tendensiyalar və tələblər
Tələbələr görüş zamanı öz suallarını ünvanlamış və mövzu ilə bağlı dəyərli müzakirələr aparılmışdır. Günəş Əzizli və Sərhətli Naibə iştirakçılarla öz şəxsi təcrübələrini bölüşmüş, onlara uğurlu karyera üçün vacib bacarıqlar və biliklər barədə ətraflı məlumat vermişlər.
Görüşün sonunda tələbələrə gələcəkdə bu sahədə inkişaf etmək üçün tövsiyələr verilib və onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, məzunlarımız Sərhətli Naibə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının və Əzizli Günəş isə Cəlilabad şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışırlar.
