16 aprel 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın müəllimi Rzayev Firudin Bahadur oğlunun Məktəbəqədər təhsil ixtisasının III tədris ilinin “MT 22” qrupu ilə “Məktəbəqədər təhsil müəssisələrində əmək təlimi və onun tədrisi metodikası” fənnindən “Özünəxidmət əməyi və təsərrüfat-məişət əməyinin təşkili” mövzusunda açıq dərsi keçirilib. Dərsdə kafedranın baş müəllimləri və struktur bölmənin əməkdaşları iştirak ediblər.
