06 noyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialının Tədbirlər Planına müvafiq olaraq Zəfər Gününün altıncı ildönümünə həsr edilmiş ümumfilial tədbiri keçirilib. Tədbirdə filialın direktoru dosent, X.H.Sultanlı, tədris və elmi işlər üzrə direktor müavini, c.ü.f.d E.V.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, qazilərimizdən – Muradzadə Vüsal, Bağırov Əli, Ağazadə Novruz, struktur-bölmə rəhbərləri və əməkdaşları, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Filialın direktoru, dosent X.H.Sultanlı bu gün əldə etdiyimiz zəfərin arxasında canını Vətənə fəda etmiş qəhrəmanlarımızın dayandığını bildirərək onların xatirəsinin bizim üçün əbədi ehtiram və minnətdarlıq mənbəyi olduğunu vurğulayıb.
Tədbirin davamında N.Şirinova, M.İsmayılova, J.Quliyeva, TGT nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun üzvləri A.Məmmədli, S.Nəsirov, D.Bayramova öz çıxışlarını ediblər.
Tədbirin sonunda isə “Zəfər Günü”nə həsr olunan video -çarx izlənilib.




