Xəbərlər
Rəy yoxdu

24 may 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “COP29”la bağlı olaraq tədbir keçirilib.Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri E.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı COP29 Konfransının bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın ötən ilin dekabr ayının 11-də Dubayda keçirilən COP-28in Plener iclasında qəbul olunduğunu vurğulayıb.
Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri E.Muradlı öz çıxışında iqlim dəyişikliklərinin canlılara, ətraf mühitə təsiri mövzusunda çıxış edərək, “BMT”-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un məhz ölkəmizdə keçirilməsinin böyük uğur olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi S.İsmayılova öz çıxışında Təbiətə antropogen təsir, dayanıqlı inkişaf və bu istiqamətdə qəbul edilmiş vacib beynəlxalq sənədlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə IV tədris ilinin tələbələri F.Nəcəfli, Ə.Nəsirlinin təqdimatında COP29-la bağlı video-çarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.