Xəbərlər

17 mart 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “Novruz Bayramı” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib və onlara bayram ərəfəsində xoş əhval-ruhiyyə arzulayıb. Daha sonra filialın professor-müəllim heyəti də tədbir iştirakçılarını təbrik edib onlara yeni-yeni uğurlar arzu ediblər.
Tədbirin davamında filialın tələbəsi G.Məmmədli şeir ifası səsləndirib, sonra video-çarx nümayiş edilib.
Tədbirin yekununda isə TGT nəzdində fəaliyyət göstərən ŞHK klubunun hazırladığı “İmtahan” səhnəciyi maraqla izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.