6 Mart 2026- cı ildə ADPU-nun Cəlilabad filialında “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan ümumfilial tədbiri keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradı, professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları, fərqli ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə dəyərli xanımları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Daha sonra söz filialın müəllimələrinə təqdim edilib. Tədbirin davamında tələbələr “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunan şeir parçalarını (M.İsmayılova, M.Rüqəyya, G.Məmmədli) səsləndiriblər. Sonra isə TGT nəzdində fəaliyyət göstərən ŞHK-nun səhnəciyi (Ə.Abdullazadə, S.Fərəcli, A.Məmmədli, F.Mədətova, R.Əliyev, Ə.Kərimli) nümayiş edilib.Səhnəcikdən sonra TGT nəzdində fəaliyyət göstərən “ECO” klubun təşəbbüsü ilə filialın qadın müəllimlərinə hədiyyələr təqdim olunub.
Tədbirin yekununda Universitetin ictimai-siyasi həyatında fəal iştirakına, qüsursuz və səmərəli fəaliyyətinə görə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tələbələr Filial rəhbərliyi tərəfindən “Fəxri Fərmanla “ təltif olunublar.




