Xəbərlər

18 sentyabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında “Dövlət Suverenlik günü”nə həsr olunan tədbir keçirilib.Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, filialın Elmi katibi N.Babayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə miras qoymaq üçün həyatını bu yola həsr etdiyini vurğulayaraq, ən çətin dönəmlərdə belə Ulu Öndərin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyini bildirib.
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini vurğulayıb.
Tədbirin davamında Filialın Elmi katibi N.Babayev, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, filialın tələbələri Z.Əliyeva, İ.Məmmədova Dövlət Suverenlik günü ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.