Xəbərlər

4 dekabr 2025-ci ildə Psixoloji xidmət və reabilitasiya mərkəzi tərəfindən ADPU-nun Cəlilabad filialında Təhsildə sosial- psixoloji xidmət ixtisasının I və II tədris ilinin tələbələri ilə ”Psixoloji və Nitq inkişafı” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, filialın müəllimi F.Əzimov, Psixoloji xidmət və reabilitasiya mərkəzinin rəhbəri A.Kərimli, loqoped S.Ağayeva, psixoloq X.Səfərova və tələbələr iştirak ediblər.
Seminarın əsas məqsədini tələbələrin psixoloji və nitq inkişafı bacarıqlarını artırmaq, praktiki təcrübələrini genişləndirmək və mövzu ilə bağlı suallarına aydınlıq gətirmək təşkil edib. Seminarın sonunda qonaqlar və tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.