Xəbərlər

24 Sentyabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında “ 27 sentyabr Anım Günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Şəhid Teymurov Fəridin atası Teymurov Füzuli Əjdər oğlu, Şəhid Əliyev Camalın atası Əliyev Mehman Vaqif oğlu, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, struktur bölmə rəhbərləri və əməkdaşları, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri filialın direktoru, dosent X.H.Sultanlı açaraq 27 sentyabrın artıq sadəcə bir təqvim günü deyil, qəlblərimizə həkk olunan tarix olduğunu vurğulayıb.
Daha sonra Şəhid ataları, Teymurov Füzuli şəhid Teymurov Fərid Füzuli oğlu haqqında, Əliyev Mehman şəhid Əliyev Camal Mehman oğlunun həyatı, keçdiyi döyüş yolu barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımızın 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək tarix yazdığını vurğulayıb
Daha sonra Filialın tələbələri F.İmanova, Z.Quliyeva, G.Məmmədli tarixi günlə bağlı öz çıxışlarını ediblər.
Tədbirin sonunda “Anım Günü”nə həsr olunan video-çarx təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.