Xəbərlər

8 aprel 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı və Masallı Dövlət Regional Kolleci arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb.
Memorandum ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı və Masallı Dövlət Regional Kollecinin direktoru R.Qurbanov tərəfindən imzalanıb. Əməkdaşlıq Memorandumunun imzalanmasının əsas məqsədini regional əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığında və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması , bu əməkdaşlığın birgə layihələr və təcrübə mübadiləsi vasitəsilə tərəflərin potensialından səmərəli istifadə olunması təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.