10 oktyabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “Polisə Dəstək İctimai birliyi”nin “İnsan Alveri cinayətlərinin aradan qaldırılması, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları” mövzusunda tədbiri keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, “Polisə Dəstək İB Təşkilatı”nın sədri Şəmsəddin Əliyev, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, polis mayoru A.Atakişiyev, İnsan alveri cinayətlərinin aradan qaldırılması üzrə layihənin ekspert-hüquqşünası Aydın Kərimov, Layihə üzrə psixoloq Kəmalə Soltanova, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı R.Əsədullazadə, struktur-bölmənin əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər . Tədbirdə Təşkilatın sədri Ş.Əliyev İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları, onları yaradan səbəblər və şərait , mövcud problemlərin aradan qaldırılması yolları mövzusundan geniş şəkildə bəhs edərək tədbir iştirakçılarını bu mövzuda maarifləndirib. Tədbir mövzu ətrafında ünvanlanan sualların mütəxəssislər tərəfindən geniş şəkildə izah olunması ilə yekunlaşıb .
