17 noyabr 2025-ci il tarixində Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi H.İ.Babayevanın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ilinin TC 22 qrupunda “Regional fiziki coğrafiya” fənnindən – Avstraliyanın fiziki coğrafiyası mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə dekan müavini, baş müəllim E.A.İsmayılova, baş müəllimlər B.C.Məhərrəmov, F.M.Mürsəlli, müəllim F.B.Rzayev, A.X.Hüseynova, R.S.Sabirli, M.Q.Dövlətzadə iştirak ediblər. Dərsdə mövzu aspektində tələbələrə Avstraliya materikinin mövqeyi, sahəsi, sərhədləri, geoloji dövr ərzində formalaşması istiqamətində informasiyalar verilərək, onun kəşfi tarixinə nəzər salınmış, materikin təcrid olunmasının onun fiziki-coğrafiyasına təsiri, relyef, iqlim, su, torpaq ehtiyatları, bitki və heyvanat aləmi, Avstraliya endemizmi ayrı-ayrılıqda tədqiq edilmiş və insanların yerləşməsinin fiziki-coğrafi şeritlə əlaqəsi aydınlaşdırılmışdır. Dərsdə problemli mühazirə, müqayisə, analitik təhlil kimi metodlardan, qrup işindən, Ayers Rock / Uluru –monolitinə aid video-çarxdan istifadə edilmişdir.




