Xəbərlər

23 dekabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Bayram tədbiri keçirilmişdir. Professor-müəllim heyətinin, struktur bölmə rəhbərləri və əməkdaşlarının, müxtəlif ixtisaslar üzrə tələbələrin qatıldığı tədbirdə Filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı geniş nitqlə Bayram təbriki söyləyib. Bildirmişdir ki, yola salmaqda olduğumuz 2025-ci il doğma vətənimiz Azərbaycanın daha geniş inkişafını, tərəqqisini, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlarla xatırlayacağımız il olmuşdur.
Daha sonra filialın professor-müəllim heyəti də tədbir iştirakçılarını təbrik edib onlara 2026-cı ildə uğurlar arzu ediblər.
Tədbirin davamında Şaxta Baba və Qar Qız səhnəyə daxil olub . Onların iştirakı ilə püşkatma keçirilib və tələbələrə hədiyyə təqdim olunub. Tədbir iki formatda “Rəsmi və Bədii” təşkil olunub. Bədii hissədə müxtəlif maraqlı oyunlar təşkil olunub. Tədbir professor-müəllim heyəti və tələbələrin qarşılıqlı rəqs etməsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.