Xəbərlər

24 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Kitabxanamızın bir günü” adlı tədbir keçirilib.
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Kitabxana və elektron resurslar şöbəsinin müdiri, ADPU-nun Cəlilabad filialının Həmkarlar təşkilatının sədri, dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi Ş.Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev, Respublikanın Əməkdar Mədəniyyət işçisi; 50 ildən artıq Cəlilabad rayon mərkəzi kitabxanasının işçisi və sabiq müdiri C. Muradov, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə ilk öncə. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı kitabların bu günki dövrdə gənc kadrların hazırlanmasında və təhsil ocağına cəlb olunmasında misilsiz rolu olduğunu söyləyib. “Ümumilli liderin hakimiyyəti dövründə kitabxanaların açılması və Azərbaycanda təhsilin inkişafına təkan verən addımlar bu günki dövrümüzdə prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bugün dövlətimizə istər dünya ədəbiyyatı olsun, istər Azərbaycan ədəbiyyatına maraq böyükdür və bu maraq günü gündən artmaqda davam edir “ deyə bildirərək filialımızda fəaliyyət göstərən Kitab Klubuna işlərində müvəfəqiyyətlər arzu edib.

Əməkdar müəllim Muradov Cahangir “Kitab tükənməz bilik mənbəyidir. Kitabların həyatımızda rolunu qiymətləndirmək çox çətindir. Kitablar daxili dünyamızı zənginləşdirir, müxtəlif dövrlərə qərq olmağa imkan yaradır, kitablardan müxtəlif insanların taleyini, onların təcrübəsini və bəzən yeni nailiyyətlər üçün ilham alırıq. Dövrümüzdə – yüksək texnologiyalar dövründə internetdən istifadə edərək bizi maraqlandıran istənilən məlumatı heç bir səy göstərmədən dərhal əldə edə bilsək də, kitab hələ də ən yaxşı bilik mənbəyi olaraq qalır. Elektron kitabların rahatlığından nə qədər danışsalar da, “canlı” kağız kitabı və onun səhifələrinin xışıltısını heç nə əvəz edə bilməz və ənənəvi kitabın tərəfdarları həmişə çox olaraq qalacaqdır. Çünki insanlar əllərində kitab tutaraq canlı insanla ünsiyyətdə olduqları kimi xüsusi hisslər keçirirlər “deyə bildirib.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayilov Cəmiyyətin kitaba, biliyə tələbatını ödəmək məqsədi ilə yaranan kitabxanaların ən mühüm vəzifəsi oxuculara kitabxana-informasiya xidmətini təşkil etmək olduğunu bildirib . Daha sonra Müasir dövrdə oxucu və mütaliə probleminin öyrənilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, kitabın mənəvi inkişafımızda rolunun müəyyənləşdirilməsinin mühim əhəmiyyət kəsb etdiyini qeyd edərək cəmiyyətimizdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət etdiyi üçün kitabxanaların sosial institut adlandırıldığını vurğulayıb .
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev “ Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır” deyə vurğulayıb .

Daha sonra professor müəllim heyəti kitabın, oxumağın, daima mütaliə etməyin həyatda insan şəxsiyyətinin formalaşmasında müstəsna rol oynadığından bəhs ediblər.
Tədbirin davamında Kitab Klubunun sədri Talıblı Aytacın təşkilatçılığı ilə hazırlanan, kitabxana ilə bağlı video-çarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirin sonunda isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Talıblı Jalə, İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Feyziyeva Zəhra, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Muradova Aytən, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Əsgərli Zeynəb və Nəsirov Rəvan mövzuya aid şeirlər səsləndiriblər. Tədbir tələbələrin kitabla bağlı maraqlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.