Xəbərlər

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahan sessiyasına 2025-ci ilin dekabr ayının 29-dan etibarən start verilib.
Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekan müavini E.İsmayılova imtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə auditoriyalarda olublar.
ADPU Cəlilabad filialında imtahan sessiyası prosesinin effektiv təşkili və tələbələrin rahatlığının təmin edilməsi məqsədilə imtahanlar I tədris korpusunda təşkil edilir. İmtahanlar 09:00, 12:00 olmaqla 2 növbədə təşkil edilir.
Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək neqativ hallarla bağlı şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahan qiymətlərinin elan olunmasından sonra növbəti 1 gün ərzində İmtahan Qərargahına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə könüllü tələbələrdən ibarət müşahidə qrupu yaradılmışdır. Eləcə də ictimaiyyət nümayəndələri üçün sessiya prosesinin müşahidəsi üçün şərait yaradılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.