Xəbərlər

Cəlilabadda “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.
Fevralın 4-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub.
Sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda Cəlilabad Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Varid Əsgərov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, ADPU Cəlilabad filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, Elmi katib N.Babayev, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, filialın tələbə heyəti, Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun kollektivi, Cəlilabad Tibb Kollecinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, müəllim və tələbələri və digər qonaqlar iştirak ediblər.
Forumda çıxış edən qonaqlar Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin ölkəmizin 30 illik inkişaf yolundakı mühüm rolundan bəhs ediblər. Vurğulanıb ki, gənclər dövlətimizin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi və milli inkişafın əsas dayağıdır.
Çıxışlardan sonra Cəlilabad rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gənc Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.Təltif olunanlar sırasında ADPU Cəlilabad filialının əməkdaşı Ş.Hüseynov və filialın tələbələri də yer alıb.
Forum rəsmi hissədən sonra bədii hissə ilə davam edib. Gənc incəsənət nümayəndələrinin ifa etdikləri musiqi nömrələri iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Forumda 250 nəfər iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.