Xəbərlər

16 fevral 2026-cı il tarixində ADPU-nun Cəlilabad filialında 2025/2026-cı tədris ili üzrə “Pedaqoji internaturanın başlanması ” ilə əlaqədar açılış konfransı keçirilib. Konfrans 2 mərhələdə təşkil olunub. Əvvəlcə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Məktəbəqədər təhsil ixtisasının IV tədris ilinin tələbələri, daha sonra İbtidai sinif müəllimliyi IV tədris ilinin tələbələri və Tarix-coğrafiya müəllimliyi ixtisasının V tədris ilinin tələbələri ilə konfrans keçirilib.
Konfransda ADPU Cəlilabad filialının Tədris və Elmi İşlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekan müavini E.İsmayılova, Pedaqoji təcrübə rəhbəri B.Məhərrəmov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, professor-müəllim heyəti , struktur bölmə rəhbərləri, əməkdaşları və buraxılış qruplarının tələbələri iştirak edib.
Konfransı giriş nitqi ilə açan filialın direktor müavini E.Muradlı pedaqoji internaturanın tələbələrin fəaliyyətlərində mühüm rol oynadığını qeyd edərək onlara uğurlar arzu edib.
Pedaqoji fakültənin dekan müavini E.İsmayılova buraxılış qruplarının tələbələrinə pedaqoji internatura dövründə etməli olduqları vacib məqamları izah edib.
Pedaqoji internatura rəhbəri B.Məhərrəmov təcrübə ilə bağlı tələbələrin təhkim olunduqları məktəb və qrupların siyahısını tələbələrə təqdim edib.
Daha sonra filialın professor-müəllim heyəti tələbələrə təcrübə dövründə uğurlar arzu ediblər.
Konfransın sonunda tələbələr müəllimlərə öz təşəkkürlərini bildirərək filialla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.