Xəbərlər

29 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad və Şamaxı filiallarının Keyfiyyətin Təminatı Şöbələrinin birgə əməkdaşlığı ilə “Yaşıl dünya naminə həmrəy olaq” adlı seminar keçirilib. Seminarda hər iki filialın struktur rəhbərləri, akademik və tələbə heyəti iştirak edib.
Seminarın məqsədi, yaşıl dünya naminə daha geniş və effektiv həll yollarının tapılması və ekoloji problemlərin həlli istiqamətində müxtəlif sahələrdən gələn təkliflərin müzakirə olunması idi. Seminarda iştirak edən çıxışçılar – Cəlilabad filialının c.ü.f.d. Muradlı Eldar, Şamaxı filialının f.ü.f.d. Şasəddin Mikayılov, hər iki filialın tələbələri – Nərmin Kazımova, Fidan Qafarova, Elmir Kərimli, Zahid Heydərov iqlim dəyişiklikləri, ekoloji fəlakətlər, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatında yaşıl texnologiyaların tətbiqi kimi aktual mövzulara toxunublar. Bu mövzular ətrafında müzakirələr, iştirakçılara ekoloji məsələlərin həlli üçün müxtəlif yanaşmalar və konkret tədbirlər təklif etməklə, təbiətin qorunması və yaşıl dünya ideyasının həyata keçirilməsi istiqamətində daha geniş bir anlayış qazandırmışdır.
Belə tədbirlərin keçirilməsi tələbələrin ekoloji məsələlərə qarşı marağını artırır və onları gələcəkdə təbiəti qorumağa, ekoloji cəhətdən davamlı həyat tərzini təşviq etməyə yönləndirir. Eləcə də iki filial arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.