26 Fevral 2026- cı ildə ADPU-nun Cəlilabad filialında ”Xocalı Soyqırımı”na həsr olunan “XX əsrin faciəsi ” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və elmi işlər üzrə direktor müavini E.Muradlı, , Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri filialın direktoru, dosent X.H.Sultanlı açıq elan edərək “Xocalı Soyqırımı” zamanı xalqımızın başına gətirilən müsibətlərdən tədbir iştirakçılarına bəhs edib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, erməni qəsbkarlarının illərlə xalqımıza qarşı törətdikləri vandalizmdən danışıb.
Tədbirin davamında filialın tələbələri M.İsmayılova, F.İmanova, L.Əliyeva, G.Abdullayeva şeir ifaları səsləndiriblər. Daha sonra tələbələrin “Xocalı Soyqırımı”na aid hazırladıqları səhnəcik ( İ.Əhmədli, A.Məmmədli, Z.Kəlbiyeva) tədbir iştirakçılarına nümayiş edilib.Tədbirin sonunda “Xocalı soyqırımı”na həsr olunan video-çarx izlənilib.




