Xəbərlər

18 sentyabr 2026-cı ildə ADPU Cəlilabad filialında 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Beynəlxalq Sülh Günü”nə həsr olunan tədbir keçirilib.Tədbirdə Tədris və Elmi İşlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, baş müəllim A.Səlimzadə, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tədris və Elmi İşlər üzrə direkor müavini, c.ü.f.d E.Muradlı, Tədbirin keçirilməsində əsas məqsədin sülhün bəşəriyyət üçün əhəmiyyətini diqqətə çatdırılması, cəmiyyətdə sülh və həmrəylik ideyalarının təşviqi, insanlar və xalqlar arasında qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə vermək olduğunu bildirib.Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova “Sülh aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin sülh və tolerantlıq dəyərlərinin təbliğinə, cəmiyyətdə həmrəylik, qarşılıqlı anlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Daha sonra filialın tələbələri S.Fərəcli, L.İbadova Beynəlxalq Sülh Günü ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda “Sülh aylığına həsr olunan video-çarx izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.