Xəbərlər

05 noyabr 2026-cı ildə YAP Cəlilabad rayon təşkilatında Vətən müharibəsində tarixi qələbəmizin 6-cı ildönümünə həsr olunmuş “Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ADPU Cəlilabad filialının müəllim və tələbə kollektivi də iştirak etmişdir.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı tədbiri açaraq iştirakçıları salamlamış, onları möhtəşəm Zəfərin 6-cı ildönümü münasibətilə təbrik etmiş, bildirmişdir ki, altı il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, dövlətimizin iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider – xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edilmiş, hal- hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılmışdır.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı A.Nəzərov, Şəhid ailəsi üzvləri F.Kərimov, M.Əliyev, I Qarabağ müharibəsi iştirakçısı Ə.Teymurov, Partiya veteranları Ə.Əsgərov, Ə.Abbasov və baçqaları Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından danışmış, müstəqil, suveren Azərbaycanın Konstitusiya quruluşunun bütün suveren ərazilərimizdə bərqərar olmasından, üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərdə əzəmətlə dalğalanmasından söz açaraq tədbir iştirakçılarına xoş arzularını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.