Xəbərlər
Rəy yoxdu

6 Mart 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunan “ Cənnət mələyim ” adlı şeir müsabiqəsi keçirilib . Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib. Nəticələrə əsasən ilk 3 yerin sahiblərini və həvəsləndirmə ilə təltif olunan tələbələrin siyahısını nəzərinizə çatdırırıq.
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Əlizadə Nihad Himayət oğlu, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra Hüseyn qızı
II yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Fətəliyeva Leyla Əjdər qızı , İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Quliyeva Fatimə Malik qızı
III yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Muradova Aytən Cavid qızı, Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi Mirqiyaszadə Rüqayyə Ziya qızı
Həvəsləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin Tağıyev Ramal Camaləddin oğlu, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədli Gülər İlyas qızı.
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.