Bu gün ADPU-nun Cəlilabad filialında “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) əməkdaşları ilə görüş keçirilmişdir. Təqdimat xarakterli görüşdə ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Dəyanət Əskərov, Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələr və tədbirlər üzrə baş mütəxəssisi Aydan Ağayeva, kardinator Nurlana Zeynalova, GİKM -in Cəlilabad nümayəndəliyinin direktoru Səyyarə Aslanova, əməkdaşı Türkan İsazadə, filialın müxtəlif ixtisaslar üzrə I kurs tələbələri iştirak etmişlər.
Xatırladırıq ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinə uyğun hərtərəfli inkişafın təmin olunması məqsədilə ölkəmizin şəhər və rayonlarında Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzlərdə fəaliyyətinin təmin edilməsi qərara alınıb. Elə bu əsasda Gənclərin hərtərəfli inkişafının təmin olunması, onların əlavə bilik və bacarıqlara yiyələnmələri üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Nümayəndəliklər vasitəsilə regionlarda yaşayan gənclər dövlətimiz tərəfindən onlar üçün yaradılan imkanlar barəsində məlumat və məsləhətlər almaq, həmçinin müxtəlif proqramlarla müraciət edərək orada iştirak etmək imkanı qazanırlar.
