Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Cəlilabad filialının müəllimi, prof. Mahmud Allahmanlı və Filialın Dil-ədəbiyyat və
pedaqoji elmlər, onları tədrisi texnologiyası kafedrasının baş müəllimi Aydın İbişovun birgə tədqiqat sahəsi ilə “Dərəçiçək və Dərələyəz Aşıq Mühiti” adlı kitabı işıq üzü görmüşdür. Kitabın elmi redaktoru f.ü.f.d, dos. Qüdrət Umudov, rəyçiləri isə, f.e.d, prof. Elman Quliyev, f.e.d, prof. Yaqub Babayev olmuşdur. Kitab artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Filialın Kitabxana
ve Elektron Resurslar şöbəsinə təqdim edilərək tələbələrin istifadəsinə verilmişdir.




