7 oktyabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun maliyyə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi MirŞahin Abdullayev, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Maliyyə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi MirŞahin Abdullayev Təhsil Tələbə Krediti haqqında tələbələrə geniş məlumatlar təqdim edib. Eyni zamanda TTKF-dan istifadə etmə qaydaları və müraciətin necə olunması barədə izahlar verib. Sonda isə tələbələrin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb.




