Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi direktorluğa tabedir.

Şöbə  Azərbaycan  Respublikasının  Konstitusiyasının və qanunlarının tələblərinə uyğun olaraq universitet daxili və kənar mədəni-kütləvi tədbirlər həyata keçirir və tələbələrlə işin qurulmasına dəstək olur.

Şöbə fəaliyyətində aşağıdakıları rəhbər tutur:

– Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını;

– Azərbaycan Respublikasının Konstitusiyası;

-Azərbaycan Respublikasının qanunları;

-ADPU-nun nizamnaməsi;

-Universitet direktorunun göstərişləri;

-Digər aidiyyatı normativ və hüquqi aktlar;

-Şöbənin əsasnaməsi

Şöbənin fəaliyyət istiqamətləri

– Filialın ictimai həyatının təmin edilməsi, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, tələbələrin asudə vaxtlarının düzgün qiymətləndirilməsinə dəstək olmaq, milli və dövlət bayramlarının qeyd olunması.

Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin sərəncam və fərmanlarının həyata keçirilməsinə dəstək olmaq.

– Tələbələr arasında dövlətçilik və vətənpərvərlik prinsiplərinin təbliğinə uyğun tədbir və layihələrin həyata keçirilməsi.

– Dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbir və layihələrin keçirilməsi.

Dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əsasında tədbirlərin həyata keçirilməsi.

– Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir  sıra tədbirlərin həyata keçirilməsi.

– Tələbələrlə daimi görüşlərin keçirilməsi, onların sosial vəziyyəti və problemləri ilə maraqlanmaq və lazımi tədbirlərin həyata keçirilməsi.

 

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri- İsmayılova Səbinə Ataməli qızı