Rəşad Ələkbər oğlu Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad şəhərindəanadan olub. O, şəhərin 5 saylı tam orta məktəbində təhsil almış, “Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi”nin məzunuolmuşdur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan sonbeşiyi idi.
2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı çox yaxınlığında partlayan mərmi bu qəhrəman övladımızın həyatına son qoymuşdur. O, doğulub boya-başa çatdığı Cəlilabad şəhərində dəfn olunub.
Rəşad Zeyniyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılmışvə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Şiddətli döyüşlər zamanı göstərdiyi çoxsaylı igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”;Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidliyi və şücaətinə görə 25.12.2020-ci il tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”; Şuşa şəhərininişğaldan azad edilməsi uğrunda aparılan qızğın döyüş əməliyyatlarına qatılaraq yüksək döyüş bacarıqları üçün 29.12.2020-ci il tarixli sərəncamaəsasən “Şuşanın azad olunmasına görə”; 24.06.2021-ci il tarixli sərəncama əsasən isə “Cəsur döyüşçü medalı” ilə təltif edilmişdir.
Vətənimizin igid oğlu Rəşad Zeyniyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.