Xəbərlər

ƏN ÇOX SORUŞULAN SUALLAR (BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYTAT)

Sual 1. Orta ixtisas təhsili pilləsi səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?

Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.

Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

Sual 5. Bakalavriat səviyyəsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?

Bildiyiniz kimi orta ixtisas təhsili pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.

Sual 6. Şəxsi məlumatlarımı necə doldurmalıyam?

Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq, faktiki yaşadığınız ünvan və faktiki yaşadığınız rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.

Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.

Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.

Sual 8. Qəbul məlumatlarımı necə daxil etməliyəm?

Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.

Sual 9. Sənədlərimi hansı formatda əlavə edim?

Tək-tək bir neçə səhifə yüklənmir. Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.

Sual 10. Hansı xanalar məcburidir?

Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

Sual 11. Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır.

Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.

Sual 12. Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm.

Bunu sistem üzərindən edə bilərəmmi? Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşısınızsa Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunu kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.

Sual 13. Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?

TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür. Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.

Sual 14. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?

Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bidirişlri yekun qərar verilənədək izləməyiniz vacibdir.

Sual 15. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?

Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi status təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.

Sual 16. Təhsil haqqımı necə ödəməliyəm?

Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” status təyin edilməlidir. Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz. Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin. Bu halda:

Addım 1

Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. (Bugunədək bankla ödəniş etmişlər çek yükləyə bilər).

Addım 2

Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməklə məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər.

Addım 3

Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİSdə formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.

Sual 17. Tələb oluna biləcək sənədlərlə bağlı açıqlamalar:

Məcburi sənəd kimi tələb edilməməlidir:

Sağlamlıq haqqında arayış və ya onun surəti:Məcburi sənəd deyildir. Bu sənədin müəssisələr tərəfindən tələb edilməməsini tövsiyə edirik. Lakin, hər hansısa müəssisə tərəfindən bu sənədin vacib olaraq tələb edilməsi zərurəti varsa, tələb edilə bilər.

Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli və ya surəti:Məcburi sənəd deyildir. Təqdim edilməməlidir.

Ağ fonda 3×4 ölçüdə fotoşəkil:

Məcburi sənəd deyildir. Tələbə bileti üçün lazım olarsa, müəssisə təyin etdiyi vaxtda təqdim edə bilər.

Məcburi sənəd kimi tələb edilməlidir:

Attestat:Məcburi sənəddir. Əgər müəssisə sistemdə məlumatı görürsə, tələbə qeydiyyatdan sonra da təqdim edə bilər.

İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd:Məcburi sənəddir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir.

İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün):Məcburi sənəddir. Ümumi təhsil bazasından qəbul olanlar üçün məcburi deyildir.

Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli və ya surəti:Məcburi sənəd deyildir. Təqdim edilməməlidir.

Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədlər:Sistemin təyin edəcəyi qərarlardan dəstək üçün istifadə edə bilərsiniz.

Əlavə sənəd:Sənəd əlavə etmək məcburi deyildir, lakin əlavə olaraq göndərmək istədiyiniz (diplom, sağlamlıq haqqında arayış və s.) sənədləriniz varsa, əlavə edə bilərsiniz.

Sual 18. Qeydiyyat barədə nə üçün məlumatlar ictimaiyyətə bildirilmir?

Qeydiyyat üzrə bütün məlumatlar Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunur. Saytı mütəmadi izləməyiniz xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.