Xəbərlər

Qəbul planı üçün nəzərdə tutulan yerləri elə ilk mərhələdə 100% nəticəylə tamamlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında bu il üçün müsabiqədə uğur qazanmış şəxslərin qeydiyyatı başa çatmaq üzrədir. Filialın qeydiyyata alınan tələbələri sırasında yüksək nəticə əldə edərək ünvanımıza üz tutanların çoxluğu Universitetin tədris prosesinin uğurlu addımlarının məntiqi davamıdır.

Təqdirəlayiqdir ki, eyni ailəyə mənsub olanlar da tələbə həyatı üçün məhz filialımızı seçmişlər. Bunlardan əkiz bacılar olan Ağazadə Gülxara Vüqar qızı “İbtidai sinif müəllimliyi”, Ağazadə Sahibə Vüqar qızı isə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarına daxil olmuşlar. Eyni zamanda, qardaş və bacı olan Quliyev Şamxal Yusif oğlu “Tarix və coğrafiya müəllimliyi”, Quliyeva Aysun Yusif qızı isə “İbtidai sinif müəllimliyi” ixtisaslarında təhsil alacaqlar.

Müsabiqədə uğur qazanmış bütün tələbərimizi bir daha təbrik edir, onlara ali təhsil pilləsində müvəffəqiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.