Xəbərlər

Novruzova Məryəm Qalamirzə qızı 17 iyul 2001-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 2018-ci ildə Sabirabad kənd 1 saylı tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuşdur. 2018-2022-ci illərdə təhsil aldığı bakalavr pilləsini uğurla yekunlaşdıraraq Bakı Slavyan Universitetinin “İbtidai təhsilin metodika və metodologiyası” ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.

Məzunumuz eyni zamanda Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında da yüksək nəticə göstərərək 83.75 balla Bakı şəhəri, Binə qəsəbəsi 121 saylı tam orta məktəbinə ixtisası üzrə müəllim qəbul edilmişdir.

Məryəm Novruzova yüksək göstəricisiylə MİQ imtahanında faktiki yaşadığı rayon üzrə “İbtidai sinif müəllimliyi” ixtisası istiqamətində 3-cü nəticəni əldə etmişdir.

Məzunumuza gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.