ADP-nun Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının İdarə Heyəti fəal tələbələrlə birlikdə “Hədəf 10%” proqramı çərçivəsində Cəlilabad şəhərində yerləşən Rəsm qalereyasına və Uşaq İncəsənət Məktəbinə ekskursiya təşkil ediblər.
Budəfəki ekskursiya zamanı tələbələr mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olmuş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, daimi olaraq yaşadılması amalına dəstək nümayiş etdirmişlər.