Xəbərlər

Cəlilabad şəhər 2 saylı Tam Orta məktəb Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adını daşıyır. Rayon İcra Hakimiyyətinin başçısı, cənab Rafiq Cəlilovun da qatıldığı tədbirdə Şəhidin Ailə üzvləri, Qazilər, çoxsaylı ziyalılar, idarə və təşkilat rəhbərləri, tələbələr və şagirdlər iştirak etmişlər.
Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Ailədə üç bacının yeganə qardaşı olan Rəşad 1995-2003-cü illərdə Göytəpə кənd tam orta məкtəbində, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə , 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşında bir qızı və 4 yaşında bir oğlu yadigar qalıb.
Rəşad Abdullayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tanкəleyhinə Tağım Komandiri vəzifəsində çalışıb. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə ezam olunub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qrupun Komandir müavini vəzifəsində çalışırdı.
Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605–IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı , Azərbaycan Respublikasının 2013-cü il “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilmişdir.
Rəşad Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Baş leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun kapitanı olan Rəşad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. O, sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 15.12.2020-ci il tarixli Sərəncama əsasən “Vətən uğrunda” medalı ilə; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Qəhrəman Şəhidimizin bacısı Fərəcova Ayna Arif qızı filialımızın “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə I tədris ilinin tələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.