«ON1000» proqramı çərçivəsində ADPU Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı tədbir keçirilmişdir. Təlimçi və eyni zamanda Filialda “Keyfiyyətin təminatı” şöbəsinin müdiri olan Dürdanə Əliyevanın məzmunlu çıxışı tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Xüsusən tədris prosesinin üstünlüklərindən yararlanmağın yollarını tələbələrə təmkinlə, məntiqlə və əsaslı dəlillərlə izah edən D.Əliyeva onların çoxsaylı suallarını da uğurla cavablandırmışdır.
Bundan başqa, Filialın Tələbə Gənclər Təşkilatının xüsusi dəstəyi ilə daha bir intellektual istiqamətli fəaliyyət həyata keçirilmişdir. Belə ki, bu dəfə müxtəlif ixtisaslar üzrə tələbələrin “Nə?, harada?, nə zaman?” intellektual bilik yarışmasına təşkilatçılıq edilmişdir.
İstedadlı tələbələrimizin xüsusi bacarıqlarının aşkarlanması, onların elmi biliklərin əldə olunmasına maraq və yaradıcı təfəkkürlərinin möhkəmləndirilməsi üçün önəmli fəaliyyətlər davam etdirilir.