Xəbərlər
Rəy yoxdu

06 mart 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “ Cənnət Mələyim” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Şeirlər 5 müsif heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən ilk üç yerin sahiblərini nəzərinizə çatdırırıq:
I yer – 50 bal, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Ağaverdiyeva Ceyhunə;
II yer – 49 bal, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Dadaşova Zəkiyyə və İbtidai sinif müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Əzizova Əminə;
III yer – 45 bal, İbtidai sinif müəllimliyi ixtisasının II tədris ilinin tələbəs Quliyeva Vüsalə;
IV (həvəsləndirici yer) – 43 bal, İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Feyziyeva Zəhra.
Qalibləri təbrik edir və tələbəmiz olan bütün iştirakçılarımıza tədris yollarında uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.